Azərbaycan güləşçiləri Dağıstanda 4 medal qazanıb

Azərbaycan güləşçiləri Dağıstanda 4 medal qazanıb
15:17 31 Oktyabr 2016
42 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ Dağıstan Respublikasının Buynak rayonunda dövlət xadimi Xizri Şıxsaidovun mükafatı uğrunda sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib. Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, turnirdə iştirak edən sərbəst güləş üzrə yığma komandanın üzvləri 4 bürünc medala sahib olub.
Azərbaycanı təmsil edən güləşçilərdən Ənvərbəy Dalqatov (65 kq), Məhəmməd Abdullayev (74 kq), Əli İsayev və Umar İsrailov (hər ikisi 125 kq) fərqlənib. Onların hamısı bürünc medal qazanıb.
65 kq-da mübarizə aparan Davud İbrahimov isə 5-ci yerlə kifayətlənib. 

Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/azerbaycan-gulescileri-dagistanda-4-medal-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR