Cəlilabadda bacısının əri tərəfindən qaçırılan qız tapıldı

Cəlilabadda bacısının əri tərəfindən qaçırılan qız tapıldı
15:33 31 Oktyabr 2016
240 Ölkə
Ölkə mətbuatı
A- A+

Sentyabrın 23-dən itkin düşmüş, Cəlilabadın Məmmədrzalı kənd sakini 15 yaşlı Aynurə Nağıyeva tapılıb.

Cəlilabad Rayon Polis şöbəsindən Publika.az-a verilən məlumata görə, A.Nağıyeva hazırda rayon polis şöbəsindədir: “Aynurə Nağıyeva ilkin ifadəsində bu müddət ərzində harada qalması barədə heç nə danışmır. O evdən tək qaçdığını,bacısının yoldaşı ilə heç bir əlaqəsinin olmadığını deyir. Dediyinə görə, o evdən bezib gedib. O rayon ərazisində tapılıb”.

Hazırda A.Nağıyevanın valideynləri də şöbəyə çağırılıb.

Qeyd edək ki, A.Nağıyevanın bu il sentyabrın 23-də Cəlilabad rayonunun Mikayıllı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Ələmdar Əli oğlu ilə birlikdə Bakının Qaradağ rayonunun Buta qəsəbəsinə qaçdığı barədə məlumat yayılmışdı.

Arvadını atıb gizli sevişdiyi 15 yaşlı baldızını qaçırtdı və... (TƏFƏRRÜAT) - VİDEO

Böyük bacısının əri ilə onun münasibətləri olub. O, aylarla öz ailəsini qoyub qaynatasının evində qalırmış.

Gülxar

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR