Romada məktəblər bağlandı

Romada məktəblər bağlandı
15:47 31 Oktyabr 2016
42 Dünya
Ölkə mətbuatı
A- A+

İtaliyanın paytaxtı Roma şəhərində məktəblər oktyabrın 31-də bağlanıb.

Milli.Az report-a istinadən bildirir ki, bununla bağlı şəhər meri Virciniya Raci qərar qəbul edib.
"Roma şəhər administrasiyası zəlzələnin vurduğu ziyanı araşdırmaq məqsədilə bütün təhsil müəssisələrində texniki yoxlama aparır", - V.Raci "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Məlumata görə, bir müddət əvvəl təbii fəlakət nəticəsində bir sıra tikililərə, o cümlədən tarixi binalara ziyan dəymişdi. Şəhər hökuməti metronu da bağlamışdı, ancaq bir müddət sonra onun hərəkəti bərpa olunub. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/484921.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR