"Siftə"ni Qriqorçuk edəcək

"Siftə"ni Qriqorçuk edəcək
15:57 31 Oktyabr 2016
41 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının qrup mərhələsində “Qəbələ” evdə “Sent Etiyen”i qəbul edəcək. Fanat.Az xəbər verir ki, adıçəkilən komandaların oyunöncəsi son məşqinin və baş məşqçilərin mətbuat konfransının vaxtı bəlli olub.


İlk olaraq jurnalistlər önünə “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk çıxacaq. O, 18:15-dən etibarən KİV nümayəndələrinin suallarını cavablandıracaq. Təmsilçimizin çalışmaları isə 19:00-a nəzərdə tutulub. 


Bundan yarım saat sonra isə qonaqların baş məşqçisi Kristofer Qaltye ona yönələn suallara cavab verəcək. “Ağ-yaşıllar” 20:00-da oyunöncəsi son məşqinə çıxacaq. 


Hər iki mətbuat konfransı və komandaların məşqləri “Bakcell Arena”da baş tutacaq.


Qeyd edək ki, bu matç noyabrın 3-ü, saat 22:00-da start götürəcək.


Fanat.Az




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotsiftquotni-qriqorcuk-edck-t53780.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR