Ukraynanın üç vilayəti Poroşenkodan muxtariyyət istədi

Ukraynanın üç vilayəti Poroşenkodan muxtariyyət istədi
15:58 31 Oktyabr 2016
42 Dünya
Ölkə mətbuatı
A- A+

Lvov, İvano-Frankovski və Kiyev vilayət şuralarının deputatları mərkəzi hakimiyyətə səlahiyyətlərin ayrılması haqqında müqavilələri imzalamağı təklif edəcək.

Publika.az “Qolos.ua” nəşrinə istinadən xəbər verir ki, sənədin vahid layihəsi regionların nümayəndələrinin Lvovda keçirdiyi forumda hazırlanıb.

Prezident Pyotr Poroşenko və baş nazir Vladimir Qroysmana göndəriləcək layihədə vergi yığımlarının vilayətlərin xeyrinə yenidən paylaşdırılması nəzərdə tutulub. Bundan başqa, sənəddə ictimai-iqtisadi, mədəni və siyasi məsələlərdə, həmçinin təbii resursların idarə edilməsində yerli hakimiyyətin səlahiyyətinin artırılması yer alıb.

“Büdcə aşağıdan formalaşdırılmalıdır. Əgər büdcə aşağıdan formalaşdırılsa, əlbəttə ki, maliyyə vəsaitlərinin bölgüsü başqa formada olacaq”, - Kiyev vilayət şurasının deputatı Oleq Balaqura deyib.

Deputatların sözlərinə görə, səlahiyyətlərin yenidən bölüşdürülməsi üç region üçün aktual olan ixrac və zibilin emalı kimi problemlərinin həlində kömək edəcək.

Xatırladaq ki, daha əvvəl Odessa, Zakarpatya, Kirovoqrad və Jıtomirsk vilayətlərinin vilayət şuralarının deputatları ölkə hökuməti və regional hakimiyyət orqanları arasında səlahiyyətlərin ayrılması haqqında müqaviləni bağlamağı tələb ediblər.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/174188.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR