Bu gün səhər saatlarında Mosulun şimal-şərqindən İŞİD-ə qarşı 3 istiqamətdən hücuma keçən İraq ordusu şəhərin Karama bölgəsinə girib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda İraq ordusunun generalı Talib Kənani bildirb.
O, şəhər mərkəzinin 1 kilometrliyində yerləşən Gobcelil məhəlləsini tamamilə nəzarət altına aldıqlarını deyib. Generalın sözlərinə görə, hazırda şəhərin cənub və şərq hissələrində şiddətli döyüşlər davam edir.
Qeyd edək ki, İraq ordusu və peşmərgə gücləri Mosul əməliyyatına oktyabrın 17-də başlayıb. İndiyə kimi İraq ordusu 61, peşmərgə gücləri isə Mosulun 28 kəndini İŞİD-dən azad edib.
Ömər Dağlı