“Şeytan rəqəmi”nin daşıyıcısı olan məşhurlar: “666”-nın QORXUNC SİRRİ

“Şeytan rəqəmi”nin daşıyıcısı olan məşhurlar: “666”-nın QORXUNC SİRRİ
16:43 31 Oktyabr 2016
97 Digər
Ölkə mətbuatı
A- A+

Bu simvol bütün dünyada məşhurdur. Xüsusi hissiyyatlı insanlarda bu, izah olunmayan qorxu yaradır. Söhbət 666 rəqəmindən gedir. Bu rəqəm çoxdan qaranlıq səltənətin simvoluna çevrilib.

Kim bunu “şeytanın rəqəmi” adlandırıb?

Hər şey 2000 il öncə baş verib. “Açıqlama” və ya yunanca “Apokalipsis” (bu adla daha çox tanınır) kitabının müəllifi İoanna belə yazır: “Kimin ağlı olarsa, o şeytanın rəqəmini hesablayacaq, ya da məhz həmin rəqəm insanları qurtaracaq. Bu, altı yüz altmış altı rəqəmidir”. Elə hər şey bu cümlədən başladı...

İoannanın bu sözlərindən sonra hər kəs əmin idi ki, məhz orada adı çəkilən 666 “İblis rəqəmi”dir. O qədər inanıblar ki, hətta Avropa Parlamentində 666 rəqəmli yerdə heç kəs əyləşmir. Bu qorxu insanları xəstələndirəcək qədər faciəvi bir hal alıb və bu xəstəliyə düçar olanlar üçün hətta ad da fikirləşilib. “Неха-kosioihexekontahexaphobia” xəstəliyi.

Hə, indi baxaq görək hansımız bu xəstəliyə tutulmuşuq. Hansımızın qorxusu dözülməz hal alıb...

“Şeytan” nişanı?

Əslində bu qorxuların hamısı əsassızdır. Daha çox təhlükəli saydığımız simvollardan fərqli olaraq, bizə “Bibliyaya” əsaslanaraq izah olunan Antixrist işarəsi səhvdir.

Belə ki, İoannanın “Apokalipsis” kitabını araşdıran zaman tamam başqa faktlar üzə çıxıb. Sən demə, bu kitab dini-mistik traktat yox, siyasi-antirim pamfletidir.

Karl Marksın yaxın dostu və marksizmin klassiklərindən sayılan Fridrix Engels 1883-cü ildə “Dinlər” kitabında bu rəqəmin birbaşa siyasi anlam daşıdığını və Roma imperatorlarına qarşı yazıldığını açıqlayıb. Bundan başqa kitabda İblisin rəqəminin 666 yox, 616 olduğu da yazılır. Onun açıqlaması o zaman böyük kütləyə yayılmadığı üçün uzun müddət insanlar 666 rəqəminin təsiri altında yaşayıblar. Bu hal 1920-ci illərdə özünü daha kəskin göstərərək cadugərlərin əllərində mistik simvola çevrilib. 666 ilə bağlı ən qabarıq hadisələr isə 1940-1950-ci illərə rast gəlinir. Zaman keçir, dünyanın inkişafı 666 rəqəmini unutdurur. Müasir insanlar üçün onun sirli təsiri itməyə başlayır. Lakin insanların yaddaşında qalan 666 rəqəmi onları yenə də ehtiyatlı davranmağa vadar edir. Bu səbəbdən alimlər həmin kitabı yenidən “çözmək” qərarına gəlirlər.

Və...

Birmin universitetinin professoru David Parkerin başçılığı altında alim və paleoqraflar tərəfindən kitabın daha öncə kəşf edilməmiş hissəsi, 1700 yaşlı papirus Misirin Oksirinhus şəhərinin xarabalığından tapılaraq, tədqiq olunur. 2005-ci ildə aparılmış tədqiqatlar nəticəsində Fridrixin fikirlərinin bir daha həqiqət olduğu və ən qədim papirusun doğrudan da Roma imperatoru Nerana qarşı yazılması ilə bağlı sübutlar tapırlar.

“Apokalipsis” sirləri...

İoannanın yazdığı “Apokalipsis”də rəqəmlə bağlı bir çox sirlər mövcuddur. İvrit əlifbasının 22 hərfin rəqəm qarşılığı var və bütün rəqəmləri hərflərə çevirərək söz kimi oxumaq mümkün olur. Müxtəlif dövrlərdə İvrit əlifbasına uyğun olaraq 666 rəqəminin daşıyıcısı kimi X Karl, XI Karl, Rusiya Çarı I Pyotr, Napoleon, Lenin, Stalin, Rotşild, Bill Qeyts, Roma Papası II İohann, Mixail Qorbaçov və Hitler kimi tarixi insanların adları çəkilir.

Xülasə...

Nə qədər də elm adamları 666 rəqəminin mistika ilə heç bir bağlantısının olmadığını açıqlasalar da, insanlar yenə də bu simvol ilə bağlı sirli hadisələrə inanırlar. Elə tarixdə də bununla bağlı az məlumat yoxdur. Məsələn, Amerikada 666 adlı şosenin adını dəyişərək 491 qoyublar. Səbəb isə həmin şosedə avtomobil qəzalarının çox olması idi. Maraqlısı budur ki, ad dəyişəndən sonra qəzaların sayı xeyli azalıb...

666 əslində...

Əgər numeralogiya tərəfdən analiz etsək, o zaman 6 rəqəminin ümumiyyətlə ziyansız olduğu qənaətinə gələrik. Belə ki, numerologiya elminə görə, 6 Venera planetinin rəqəmidir. Bu, isə o deməkdir ki, bu rəqəm özündə sevgi və gözəllik daşıyır.

Bu “şeytan” rəqəmi hər kəsə bir başqa cürə təsir edir. Kiməsə sevgi və gözəllik verir. Əksinə kiminsə sevgisini ifrat dərəcəyə çatdıraraq əxlaqsızlıq etməsinə gətirib çıxarır. Bax, 666 rəqəminin qaranlıq tərəfi də budur.

666-nın “Şeytan rəqəmi”nin adlandırılmasının başqa bir səbəbi isə onun insan kodu ilə bağlı olmasıdır. Hər insan öz numeroloji kodu ilə doğulur. Bu kod insanın keyfiyyətləri və potensialından bəhs edən iki hissəyə bölünür. Birinci baza kod doğum tarixi üst-üstə gələrək tapılır, qalanları isə xüsusi cədvəllə hesablanır. İnsan kodunda üçüncü rəqəm də var ki, o da insan haqqında informasiya verir. Beləliklə numerologiyaya əsasən, hər insanın 3 rəqəmdən ibarət kodu var. Lakin insan yaradılışından bu tərəfə daha az cüt rəqəmlər rast gəlinib.

Hə, gəldik əsas məsələyə. Sözümün canı odur ki, 666 kodlu insan heç vaxt doğula bilməz! Belə insan faktiki olaraq mövcud deyil. Hesablamalara görə, kodlar arasında bu cür kodun olması mümkünsüzdür. Ona görə də belə kodda insan yoxdur, olmayıb və olmayacaq.

Şeytan, yoxsa insan?

666 kodu tarixdə heç kəsdə rast gəlinmədiyi üçün onu “Şeytan rəqəmi” adlandırırlar. Bəzilərinin düşündüyü kimi bu anlayış yaradılmayıb. Bu, insanların kollektiv şəkildə illüziyasıdır. İnsanlar bunu özlərinə uydurublar. Ona görə kitabda belə bir ifadə keçir: “Bu insanlıq rəqəmidir”. 666 rəqəmi insanlar tərəfindən yaradılmış süni “şeytan” obrazıdır.

Amma təbiətdə bir dənə maraqlı kod var. O da 999 kodudur. Bu kod isə dünyada tək bir insanda var: Les Amstronq. O, Fransada keçirilən veloyürüşün düz 7 dəfə qalibi olub. Bundan əlavə Les xərçəng xəstəliyindən əzab çəkib.

Dünya da izah edə bilmədiyimiz bir çox sirli hadisələr baş verir. Elm adamları bunun araşdırır, bəlkə də onlar insanları qorxutmamaq üçün baş verənləri cəfəngiyata bağlayırlar.

Həqiqətə gəldikdə isə hər insanın özünə uyğun gələcəyi var. Əgər siz də, heç bir sübuta və faktlara baxmayaraq yenə də 6 rəqəmin mistik olduğu inancındasınızsa, o zaman elə fikrinizdə də qalın. Bilmək olmaz, 6 rəqəmi məhz sizin taleyinizə necə təsir edəcək...

Mələk Heydərova


Xəbərin orijinal ünvanı: http://publika.az/projects/sirlimelek/174196.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR