Bakıda meskal festivalının açılışı olub

Bakıda meskal festivalının açılışı olub
16:57 31 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bakıda Meksikanın ənənəvi alkoqollu içkisi olan meskal festivalının açılışı olub.
"Report" xəbər verir ki, açılış tədbiri Meksikanın Azərbaycandakı səfirinin iqamətgahında baş tutub. Tədbirdə aparıcı KİV-in jurnalistləri və bloqçular iştirak ediblər.
Tədbirin əvvəlində tanınmış meksikalı meskalçı Serxio İnnurqarro meskalın növləri və onların hazırlanması qaydaları barədə məlumat verib. Qeyd olunub ki, meskal aqava yarpaqlarından hazırlanan Meksikanın ənənəvi alkoqollu içkisidir. Festival Bakıda noyabrın 5-dək keçiriləcək.
Qeyd edək ki, meskal festivalı Bakıda ikinci dəfə keçirilir. Bu içkinin dequstasiyası Bakının məşhur restoranlarında keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/bakida-meskal-festivalinin-acilisi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR