Azərbaycan millisinin rəqibi baş məşqçi ilə müqavilə müddətini artırıb

Azərbaycan millisinin rəqibi baş məşqçi ilə müqavilə müddətini artırıb
17:07 31 Oktyabr 2016
58 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan millisi ilə 2018-ci dünya çempionatının seçmə mərhələsində eyni qrupda mübarizə aparan Almaniya yığmasının baş məşqçisi Yoahim Lövlə müqavilə müddəti artırılıb. 
"Report"un Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni müqaviləyə əsasən, Y.Löv 2020-ci ilə qədər Bundestimdə çalışacaq.
56 yaşlı mütəxəssis ilə 2 illik müqavilə imzalanıb. Hazırkı anlaşma DÇ-2018-dən sonra başa çatır.
Qeyd edək ki, Yoahim Löv 2006-cı ilin dünya çempionatından sonra Almaniya yığmasının baş məşqçisi təyin olunub. O, 2004-cü ildən yığmada köməkçi məşqçi vəzifəsini yerinə yetirib. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/azerbaycan-millisinin-reqibi-bas-mesqci-ile-muqavile-muddetini-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR