Dünya çempionatında 4-cü İslam Həmrəyliyi Oyunları müzakirə edildi

Dünya çempionatında 4-cü İslam Həmrəyliyi Oyunları müzakirə edildi
17:08 31 Oktyabr 2016
30 İdman
Ölkə mətbuatı
A- A+

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.

Publika.az xəbər verir ki, görüşdə Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Dünya Karate Federasiyasının (WKF) Texniki komitəsinin üzvü Yaşar Bəşirov, federasiyanın Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov, oyunların Təşkilat komitəsinin nümayəndələrindən Dmitri Çigenev və Vüsalə Vəliyeva, eləcə də WKF-in prezidenti Antonio Espinoz və bu təşkilatın rəsmilərindən Sara Espinoza fikir mübadiləsi aparıblar. Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunlarının karate yarışlarına hazırlq işləri və turnirin formatı barədə müzakirələr gedib.

A.Espinoz Bakı 2015 1-ci Avropa Oyunlarında karate yarışlarının təşkilindən çox razı qaldığını bildirib və bu hadisənin dünya karatesində önəmli yer tutduğunu deyib. Y.Bəşirov bildirib ki, aparılan yüksək səviyyəli işlər sayəsində Bakı 2017 4-cü islam Həmrəyliyi oyunlarında da ölkəmizin qonaqları karate yarışlarından məmnun qalacaqlar.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/174192.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR