Türkiyədə terrorçularla atışmada 3 hərbçi şəhid olub, biri yaralanıb

Türkiyədə terrorçularla atışmada 3 hərbçi şəhid olub, biri yaralanıb
17:22 31 Oktyabr 2016
26 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 31oktyabr. REPORT.AZ/ Türkiyənin Hakkari əyalətinin Yüksəkova rayonunda baş verən atışma nəticəsində 3 hərbçi şəhid olub, biri yaralanıb.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Dağlıca bölgəsində terrorçu PKK qruplaşmasının silahlılarına qarşı əməliyyat zamanı təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışma olub.
Məlumata görə, yaralı hərbçi Hakkaridəki xəstəxanaya yerləşdirilib.
Havadan dəstək verilən əməliyyat nəticəsində 6 terrorçu zərərsizləşdirilib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR