Millimizin rəqibi baş məşqçisi ilə bağlı qərar verdi

Millimizin rəqibi baş məşqçisi ilə bağlı qərar verdi
17:37 31 Oktyabr 2016
35 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisi ilə 2018-ci dünya çempionatının seçmə mərhələsində eyni qrupda mübarizə aparan Almaniya yığmasının baş məşqçisi Yoahim Lövlə müqavilə müddəti artırılıb. 


Yeni müqaviləyə əsasən, Y.Löv 2020-ci ilə qədər Bundestimdə çalışacaq. 56 yaşlı mütəxəssis ilə 2 illik müqavilə imzalanıb. Hazırkı anlaşma DÇ-2018-dən sonra başa çatır.


Qeyd edək ki, Yoahim Löv 2006-cı ilin dünya çempionatından sonra Almaniya yığmasının baş məşqçisi təyin olunub. O, 2004-cü ildən yığmada köməkçi məşqçi vəzifəsini yerinə yetirib. ("Report")


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimizin-rqibi-ba-mqcisi-il-bal-qrar-verdi-t53786.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR