Eldəniz Zeynalovun oğluna böyrəyini vermək istəyən kimdir?

Eldəniz Zeynalovun oğluna böyrəyini vermək istəyən kimdir?
17:38 31 Oktyabr 2016
248 Şou
Ölkə mətbuatı
A- A+

1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Xalq artisti Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalovu həkimlər evə buraxmaq istəsələr də, bacısı razı olmur.

Bunu Publika.az-a açıqlamasında Gülbəniz Zeynalova deyib: “Həkimlər deyir ki, bu xəstəliyin müalicəsi üçün zaman lazımdır, ev şəraitində müalicəsini davam etdirsin. Mən razı olmuram, qorxuram. Çünki hər dəqiqə təzyiqi yüksəlir, o an yanında həkimlər olmasa, qardaşımın başına iş gələr. Buna görə xəstəxanada qalmasını istəyirəm”.

M.Zeynalov qardaşı üçün donorların da tapıldığını bildirib: “ATV kanalında çıxışımdan sonra bir neçə adam zəng edərək qardaşıma böyrəyini vermək istədiyini deyib. Biz onları tanımırıq da. Öyrənmişəm ki, bu əməliyyat Neftçilər xəstəxanasında həyata keçirilir. İndi gərək o adamlar yoxlansın, görsünlər uyğun gəlirlər, ya yox? Əməliyyat üçün də pul lazımdır, o da bizdə yoxdur”.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/174205.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR