"Rusiya Hələbə hücum hazırlayır"
Milli.Az ölkə.az-a istinadən bildirir ki, bu məlumatı "The Times" qəzeti İngiltərə kəşfiyyatındakı mötəbər mənbəyə istinadən yayıb.
Qəzetin materialında iddia olunur ki, Rusiya şərq hissəsinin Suriya müxalifətinin nəzarətində olduğu Hələbə geniş hücum planı hazırlayıb.
Kəşfiyyatdakı mənbə bildirir ki, Rusiya bu planı həyata keçirərkən ABŞ və müttəfiqlərinin ona mane olmayacağından arxayındır.
Hərbi araşdırmalar üzrə Britaniya kral institutinun analitiki Maykl Klark isə Hələbə hücumu 1999 - 2000-ci illərdə Qroznıya hücumla müqayisə edib.
Milli.Az