Ərdoğan "Polad Ələmdar"ın “qələmi”ni qırdı

Ərdoğan "Polad Ələmdar"ın “qələmi”ni qırdı
17:53 31 Oktyabr 2016
5610 Dünya
Ölkə mətbuatı
A- A+

Daha əvvəllər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təşkil edilən bütün tədbirlərə dəvət edilən Necati Çaşmaz bu dəfə kənarda qalıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Kurtlar Vadisi" serialı ilə məşhurlaşan Necati Şaşmaz 29 oktyabr Cümhuriyyət bayramı münasibətilə prezident Rəcəb Tayyib Ərdoğanın təşkil etdiyi qəbula çağırılmayıb.

Qeyd edək ki, sahibi olduğu "Pana Film"inin "Kurtlar Vadisi Darbe” markasını Türkiyədə hərbi çevriliş cəhdindən (15 iyul 2016-cı il –red.) iki ay əvvəl əldə etmək üçün etdiyi müraciətə görə Necati Çaşmazın barəsində istintaq başlayıb. O,İstanbul Ədliyyə Sarayında ifadə verib.

Bundan başqa, “Ərdoğan” yazılı məzar daşının göstərildiyi serial barəsində istintaq başlayıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/174209.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR