Mükafatı 3000 manat olan ssenari müsabiqəsinin nəticələri açıqlanıb

Mükafatı 3000 manat olan ssenari müsabiqəsinin nəticələri açıqlanıb
18:22 31 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının elan etdiyi ssenari müsabiqəsinin nəticələri açıqlanıb.

Qurumun mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, İttifaqın elan etdiyi "Yeni nəfəs-2" ssenari müsabiqəsinin nəticələri açıqlanıb. Ötən həftə bununla bağlı Respublika Kinematoqrafçılar İttifaqının elan etdiyi "Yeni nəfəs-2" ssenari müsabiqəsinin münsiflər heyəti iclas keçirib və qalibləri müəyyənləşdirib. Müsabiqədə şəffaflığı qorumaq üçün yazılan ssenarilər kodlaşdırma vasitəsi ilə münsiflər heyətinə təqdim edilib. 

Qaliblərin adları isə 5 noyabr saat 10:30-da Nizami Kino Mərkəzində ssenari müsabiqəsi ilə bağlı keçiriləcək təntənəli tədbirdə elan olunacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/485006.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR