Ronaldodan "het-trik" rekordu

Ronaldodan "het-trik" rekordu
18:27 31 Oktyabr 2016
67 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya çempionatına ötənilkinə nisbətən formasından aşağı başlayan "Real"ın superulduzu Kriştiano Ronaldo "Alaves"lə oyunda het-trik etməklə yeni rekord müəyyənləşdirdi.


Fanat.Az xəbər verir ki, "Real"da forma geydiyi 8 mövsümün hər birində ən azı 1 dəfə het-trik edən portuqaliyalı 38 oyunda 3 və daha çox qol vurmağı bacarıb. 31 yaşlı futbolçu bu göstəricidə "Barselona"nın ulduzu 37 oyunda het-trik edən Messini ötməklə, İspaniya futbol tarixinin ən çox het-trik edən oyunçuları sırasında birinci yerə yüksəlib.


Madrid klubu təkcə La Liqada keçirilən 11-i səfərdə olmaqla ümumilikdə 31 oyunda 3 və ya daha çox qol vurduğunu bildirməklə "Ronaldoya heç kimin çatmayacağını" belə desək, müdafiə edib. Ronaldonun rekordunun 2014/15 mövsümündə 8 het-trik olduğunu xatırladan madridlilər "Real"ın tarixində ən çox qolun müəllifi olan Ronaldo rekord qırmaqdan yorulmadığını "Alaves"lə oyunda bir daha göstərdi" tipli açıqlama verib. 


Digər tərəfdən "Alaves"in ev oyunlarını keçirdiyi "Mendizorroza" Ronaldonun "Real"ın formasında fərqləndiyi 49-cu stadion olub. Portuqaliyalı ulduz indiyəcən İspaniyada 29, Avropada 20 stadionda "Real" formasında qol vurub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ronaldodan-quothet-trikquot-rekordu-t53788.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR