65 yaşlı qadını öldürən sürücünün məhkəməsi yekunlaşdı

65 yaşlı qadını öldürən sürücünün məhkəməsi yekunlaşdı
18:27 31 Oktyabr 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Ağır Cinayətlər Məhkəməsində həmyerlisini avtomobillə vurmaqda təqsirləndirilən Tərlan Tomarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Səbuhi Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib və təqsirləndirilən şəxs özünü təqsirli bilib.

Prosesdə şahidlərin ifadəsindən sonra məhkəmə istintaqı yekunlaşıb və prokuror çıxış üçün vaxt istəyib.

Məhkəmənin növbəti iclası noyabrın 7-nə təyin edilib.

İttihama görə, Şamaxı rayonunun Çuxuryurd kəndində rayon sakini T.Tomarov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolun kənarında dayanmış kənd sakini, 1951-ci il təvəllüdlü Şövkət Seyfəddin qızı İbrahimovanı vurub. Ağır bədən xəsarətləri alan qadın hadisə yerində dünyasını dəyişib. Daha sonra T.Tomarov polis əməkdaşları tərəfindən saxlanılıb.

O, 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham olunur.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR