“Mançester Yunayted” supertransferə hazırlaşır - 150 MİLYON AVROLUQ

“Mançester Yunayted” supertransferə hazırlaşır - 150 MİLYON AVROLUQ
18:33 31 Oktyabr 2016
140 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Premyer Liqasında 10 turdan sonra arzulanan mövqedə olmayan “Mançester Yunayted”in qış fasiləsində yenə transfer bazarında “at oynadacağı” gözlənilir.

Publika.az xəbər verir ki, məhsuldarlıqdan narazı olan MY-nin baş məşqçisi Joze Mourinyo hücum xəttini gücləndirməyi düşünür. Bunun üçün “Barselona”nın forvardı Luis Suares hədəfə alınıb. Bu xəbəri İspaniya mətbuatı yayıb.

Mənbənin xəbərinə görə, mankunianlar uruqvaylı hücumçuya görə 150 milyon avro ödəməyə hazırlaşır. Anlaşma baş tutsa, futbol tarixində rekord transfer olacaq. Hələ ki, rekord 105 milyon avroya “Yuventus”dan MY-yə keçən Pol Poqbaya məxsusdur.

“Barselona” ilə müqaviləsi 2019-cu ildə bitəcək Suares ötən mövsüm “Qızıl buts” almışdı.

Pərviz Hikmət


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/174211.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR