Nazir: "Braziliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyəti üçün imkanlar var"

Nazir: "Braziliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyəti üçün imkanlar var"
18:42 31 Oktyabr 2016
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Milli.Az bildirir ki, nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Braziliya arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov Braziliyanı Rio-de-Janeyro şəhərində keçirilmiş 2016-cı il Yay Olimpiya Oyunlarına müvəffəqiyyətlə ev sahibliyi etdiyi üçün təbrik edib. O, Azərbaycan idmançılarının Yay Olimpiya Oyunlarında yüksək nəticə göstərdiyini qeyd edib.

E.Məmmədyarov Azərbaycanın Latın Amerikası ölkələri, o cümlədən Braziliya ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirərək, bu səfərin tarixi xarakter daşıdığını və ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.

Nazir Braziliyanın Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq danışıqlar yolu ilə həllinə dair mövqeyinin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.

Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi islahatlar barədə danışan E.Məmmədyarov Braziliya istehsalı olan Embraer tipli təyyarələrin ölkəmizdə mülki aviasiyada istifadə edildiyini və digər Braziliya şirkətlərinin də ölkəmizdə uğurlu fəaliyyəti üçün imkanların olduğunu vurğulayıb.

Braziliya nümayəndə heyətinin sədri Rodriqo Maya Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. Qonaq ölkəsinin Azərbaycan ilə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Görüşdə, həmçinin neft qiymətlərinin düşməsinin dünya iqtisadiyyatına mənfi təsiri və digər qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında müzakirələr aparılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/485012.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR