Bakı-Sumqayıt qatarında problem: bir nəfərin halı pisləşdi

Bakı-Sumqayıt qatarında problem: bir nəfərin halı pisləşdi
19:58 31 Oktyabr 2016
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarında nasazlıq yaranıb.

"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qatar hərəkətə başladıqdan 5 dəqiqə sonra elektrik verilişi kəsilib. Nəticədə qatar 10 dəqiqə yolda qalıb. Havasızlıq səbəbindən ortayaşlı qadının halı pisləşib. Hazırda ona ilkin tibbi yardım göstərilir.

Qatar 10-12 dəqiqəyədək çəkən nasazlığın aradan qaldırılmasından sonra yola düşüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR