"Ötən şənbə bütün gecəni qaranlıq otaqda tək keçirdim"

"Ötən şənbə bütün gecəni qaranlıq otaqda tək keçirdim"
20:12 31 Oktyabr 2016
58 İdman
Ölkə mətbuatı
A- A+

Devid Moyes "Sunderland"in Premyer Liqanın tarixi ərzində ən uğursuz startına münasibət bildirib. Goal.az xəbər verir ki, şotland mütəxəssis bunları deyib:

"Baş məşqçi kimi Premyer Liqada 450-500 oyun çıxandan sonra düzgün saydığın şeyləri həyata keçirməyə davam edirsən. Hər futbolçunu tənqid etsəm, bunun komandaya xeyri dəyməz. Düzgün məşq keçib, lazımi hesab etdiklərimizi oyunçuların həyatına salmağa çalışırıq. Belə çətin situasiyada doğru yollar tapmağa səy göstərirəm. Uğursuz nəticələr özümü pis hiss etməyimə səbəb olur. Ötən şənbə bütün gecəni qaranlıq otaqda tək keçirdim. Birinci dəfə deyildi belə edirdim. Bazar günü bir az yaxşılaşıram. Yeni həftədə isə bərpa olunmağa çalışıram".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR