İranda maskalılar atəş açıb qəzaya düşdülər: ölən və yaralılar var

İranda maskalılar atəş açıb qəzaya düşdülər: ölən və yaralılar var
20:22 31 Oktyabr 2016
52 Dünya
Ölkə mətbuatı
A- A+

İranın Kohgiluyə və Boyer-Əhməd əyalətində, Bəhməi şəhərində baş vermiş atışmada bir nəfər ölüb, iki nəfər yaralanıb.  

APA-nın məlumatına görə,  3 nəfər maskalı şəxs "Pejo" markalı avtomobil ilə Bəhməi şəhərinin Likək qəsəbəsində məhkəmənin qarşısında avtomat  silahla insanlara atəş açıb.
 
Hadisə nəticəsində  1 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralananlardan birinin vəziyyəti ağırdır.
 
Silahlı şəxslər Xuzestan əyaləti istiqamətində qaçarkən yolda qəzaya uğrayıblar. Qəza nəticəsində  hücum edən şəxslərdən biri həyatını itirib. Cinayəti törədən digər iki nəfər isə həbs olunub.
 
Hadisə ilə bağlı cinayət işi açılıb. Araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR