Premyer Liqanın ən dəyərli transferi

Premyer Liqanın ən dəyərli transferi
19:41 5 Yanvar 2015
364 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasında transfer pəncərəsi açılıb. Bir çoх futbolçunun adı yeni klublarla hallansa da, hələlik cəmi 7 transfer rəsmiləşib.

ANS PRESS xəbər verir ki, fanat.az həmin futbolçuların qiymətini müəyyənləşdirib. "Transfermarkt"ın hesablamalarına görə, indiyədək baş tutan transferlər arasında ən dəyərlisi Əfran İsmayılovdu. "Xəzər Lənkəran"dan "İnter"ə keçən futbolçunun dəyəri 400 min avrodu.

"Xəzər Lənkəran"dan "Simurq"a keçən Elnur Abdullayevə 350, "Qəbələ"yə transfer olunan Rəşad Sadiqova 250 min avro qiymət qoyulub.

"Xəzər Lənkəran"dan "Sumqayıt"a dönən Uğur Pamukla yaydan klubsuz qalan və yenidən gənclik şəhəri təmsilçisinə dönən Pərdis Fərcad-Azadın 200 min avro dəyəri var.

"Bakı"nı "Neftçi"yə dəyişən Aqil Məmmədovun qiyməti 150 min avrodu. Hollandiyanın "Zvolle" klubundan "İnter"ə gələn Yussef Fenniçin dəyəri isə 100 min avroya bərabərdi.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=317836

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR