Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" turnirinin qalibi olublar

Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" turnirinin qalibi olublar
21:32 31 Oktyabr 2016
56 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycan cüdoçuları Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" beynəlxalq yarışında çıxışlarını uğurla başa vurublar.
"Report" xəbər verir ki, milli komandamızın üzvləri Elxan Məmmədov, Rüstəm Orucov, Tural Səfquliyev müvafiq surətdə qızıl, gümüş və bürünc medal qazanıblar.
Azərbaycan millisi bu nəticə ilə kişilərin yarışında komanda hesabında 1-ci yeri tutub. Aktivində 1 qızıl və 3 bürünc medal olan Rusiya yığması 2-ci yerdə qərarlaşıb. 1 qızıl və 1 bürünc medal qazanan Serbiya cüdoçuları 3-cü olublar.

Xəbərin orijinal ünvanı: http://report.az/komanda/azerbaycan-cudoculari-boyuk-debilqe-turnirinin-qalibi-olublar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR