Çaykənddə qələbəyə aparan yol - "Halqa" əməliyyatı

Çaykənddə qələbəyə aparan yol - "Halqa" əməliyyatı
22:12 31 Oktyabr 2016
141 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan tarixinin yaxın keçmişində - son Qarabağ savaşında yaşanmış bir çox hadisələr var ki, onların üzərində bu gün də qalın qara pərdə qalmaqdadır. Trend "Canlı tarix" rubrikası adı ilə bu hadisələrlə bağlı oxucularına silsilə yazılar təqdim edir.

Bu silsilədən növbəti yazı Göygöl rayonunun (keçmiş Xanlar) Çaykənd kəndində aparılmış əməliyyatla bağlıdır.

Müasir Azərbaycan tarixinin şanlı səhifələrindən qeydlər...

Azərbaycanın müasir hərb tarixinin önəmli səhifələrindən biri - 1991-ci il aprel ayının 30-u. Həmin gün Göygöl rayonunun (keçmiş Xanlar) Çaykənd kəndinin erməni işğalçılarından azad edilməsi ilə başa çatmış uğurlu əməliyyat - "Halqa" əməliyyatı başlayıb. May ayının 4-də tamamlanan əməliyyatda o zaman Azərbaycan Xüsusi Təyinatlı Milis Dəstəsinin (XTMD-OMON) qüvvələri ermənilərin baza rayonlarına qarşı yeridilmişdi. Əməliyyatda Azərbaycanın Milli Qəhrəmanı mərhum Riad Əhmədovun rəhbərlik etdiyi o vaxtkı Milli Təhlükəsizlik Nazirliyinin (MTN) xüsusi təyinatlı dəstəsi, əməliyyat işçilərindən qrup, eyni zamanda, Gəncə şəhərində yerləşən hərbi qüvvələr də iştirak ediblər.

O zamankı Moskva rəhbərliyinin də razılıq verdiyi Çaykənd əməliyyatı antiterror məqsədli, yəni sözügedən ərazidə yerləşən erməni separatçılarının təmizlənməsi niyyəti ilə keçirilirdi. Pasport rejiminin yoxlanılması xarakterli əməliyyatda qeyri-qanuni yollarla Azərbaycana gələrək Çaykənddə məskunlaşmış terrorçular, axtarışda olan cinayətkarlar tərksilah edilmiş, zərərsizləşdirilmişdi. Qeyd edək ki, əməliyyatın keçirildiyi zaman Çaykənddə silahlı cinayətkarlarla yanaşı, dinc erməni əhali də yaşayırdı.

Çaykənd əməliyyatının keçirilməsini zəruri edən şərtlər nələr idi? Hansı səbəblər bu əməliyyatın keçirilməsinə rəvac vermişdi?

Qısa arayış. Aprel ayının 28-dən ölkə rəhbərliyi Gəncə şəhərində toplanmışdı. Milli təhlükəsilik naziri Vaqif Hüseynov, daxili işlər naziri Məhəmməd Əsədov və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi Viktor Polyaniçko müşavirədə iştirak edirdilər. Hacıkənddə yerləşən "Ulduzcuq" düşərgəsində əməliyyatla bağlı qərargah yaradılmışdı. Hər üç rəhbər müşavirədən sonra düşərgədə əməliyyata hazırlığa bilavasitə nəzarəti həyata keçirib. O vaxt Gəncədə yerləşən desant polkundan da çoxsaylı hərbçilər düşərgədə yerləşdirilib. Sonra hərbçilər Çaykənd əməliyyatında iştirakla bağlı məlumatlandırılıblar. Lazımi təlimatlandırma başa çatdıqdan sonra əməliyyata start verilib. Öncə hərbçilər piyadaların döyüş maşını ilə irəliləyiblər. Ardınca isə vertolyotlarla MTN və polis əməkdaşları Çaykəndə daxil olublar. Pasport rejiminin yoxlanılması əməliyyatı Ermənistandan və dünyanın bir çox yerlərindən Dağlıq Qarabağ ərazisinə gəlmiş terrorçuların aşkarlanması və kəndin onlardan təmizlənməsindən ibarət idi.

Əməliyyat zamanı kənddə olan erməni əhali ərazini tərk etmək üçün dəhliz istəyirdi. Əməliyyatda bizim tərəfdən heç bir itki olmamışdı. Bir erməni "BTR"-in üzərinə çıxaraq əməliyyatın dayandırılmayacağı təqdirdə əlindəki qumbaranı partladacağını deyirdi. Buna görə qısa bir müddətə əməliyyat dayandırıldı. Tərəflər arasında aparılan danışıqdan sonra ermənilərə çıxış üçün dəhlizin yaradılması barədə razılığa gəlindi. MTN və polis əməkdaşları tərəfindən bu dəhliz yaradıldı. Bundan sonra Çaykənd ermənilərdən boşaldıldı. Təxribat qrupları zərərzisləşdirildi. Onlardan bəziləri əməliyyat zamanı öldürüldü, bəziləri isə qaçaraq əraizini tərk etdi. Artıq köç başlamışdı, dəhlizlə isə kənddə yaşayan və ərazini tərk etmək istəyən ermənilər Çaykənddən getmişdi.

May ayının 3-də Çaykənd əməliyyatı başa çatdı. Azərbaycan tərəfindən əməliyyata böyük canlı qüvvə və texnika cəlb olunmamışdı. Qeyd etməyi vacib hesab etdiyimiz detallardan biri budur ki, məhz Çaykənd əməliyyatı zamanı danışıqlarda məlum olmuşdu ki, ərazidəki dinc sakinlər orada yaşamaq istəmirlər və kəndi tərk etmək niyyətindədirlər. Bu o zaman diqqətə alınaraq, erməni cinayətkarların girovuna çevrilmiş insanların ərazini könüllü tərk etmələrinə şərait yaradılmışdı və onların təhlükəsizlikləri tam təmin olunmuşdu. Çaykənd, ümumiyyətlə, ermənilərdən tam azad olunmuşdu. Əməliyyatın nəticəsi olaraq axtarışda olan, qeyri-qanuni yollarla Azərbaycana gəlmiş və dövlətimizə qarşı döyüşmüş 13 erməni cinayətkar Çaykənddə həbs olunmuşdu.

Çaykənd yerləşdiyi ərazidə ən böyük kəndlərdən biri idi. Bu əməliyyatda ağır döyüşlər olmamışdı. Əməliyyata peşəkar hazırlıq aparılmışdı. Çaykənddə ermənilərin möhkəm mövqeləri var idi. Amma əməliyyatdan öncə aparılmış ciddi kəşfiyyat hazırlığı bu döyüşün çox uğurlu nəticələnməsinə səbəb olmuşdu. Qeyd etmək lazımdır ki, əməliyyatda Azərbaycanın güc strukturlarının qüvvələri ilə yanaşı, sovet ordusunun o zaman ölkəmizdə olan qüvvələri də iştirak edib. Mühasirəyə alınan erməni silahlıları Çaykənddə məğlubiyyətdən xilas ola bilməmişdilər. Çaykənd əməliyyatının uğurlu sonluqla bitməsində əməliyyatda iştirak edənlərin böyük ruh yüksəkliyi də xüsusi rol oynayıb.

MTN-in və polisin peşəkar zabitlərinin döyüşdüyü Çaykənd əməliyyatı Azərbaycanın müasir hərb tarixinin ən uğurlu səhifələrindən biri kimi yadda qalıb. Atəşkəs rejiminin tətbiq olunması ilə bağlı anlaşmanın imzalanmasına qədər belə xarakterli bir sıra uğurlu əməliyyatlar keçirilmişdi. Bu əməliyyatlarda MTN, polis və özünümüdafiə batalyonlarının müstəsna rolu olmuşdu.

Döyüşlərdə iştirak etmiş MTN zabiti Çaykənd əməliyyatı ilə bağlı bizimlə söhbətində bildirdi ki, bu əməliyyat çox yüksək peşəkarlıqla həyata keçirilmişdi. Biz əməliyyata gedəndə qələbə çalacağımızı bilirdik. Döyüşçülərdə böyük ruh yüksəkliyi vardı. Vətənpərvərlik əməliyyatda qələbəyə təkan verən əsas amillərdən idi. Təbiətin oyandığı o dövrdə döyüşə gedərkən biz VƏTƏN üçün ölməyə də hazır idik...

Tarix yaşanan, baş verən və yazılandır...

Mətanət Əliyeva,

Trend

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

DYP məktəblərin ətrafında nəzarəti gücləndirib

20 Sentyabr 2017 16:49

Bəhram Bağırzadədən MARAQLI ETİRAFLAR: İndiki ağlım olsaydı... - FOTO

20 Sentyabr 2017 16:48

Türkiyədə polis helikopteri qəzaya uğrayıb: bir ölü, bir yaralı

20 Sentyabr 2017 16:47

Şimali Koreyadan Trampa sərt reaksiya

20 Sentyabr 2017 16:39

Eldar Mahmudovun daha bir qeyri-qanuni ƏMƏLİ ÜZƏ ÇIXDI: iki qardaşa qarşı BÖYÜK TƏLƏ

20 Sentyabr 2017 16:38

Erməni deputatlar Bakıya sabah gələcək

20 Sentyabr 2017 16:37

“Qarabağ”ın futbolçusu Cənubi Afrika Respublikasının yığmasına dəvət alıb

20 Sentyabr 2017 16:37

“İctimai internet” layihəsi çərçivəsində 1 milyonuncu istifadəçi mükafatlandırılacaq

20 Sentyabr 2017 16:35

“OUKITEL K10000 MAX” smartfonu üçün ilkin sifarişlərin qəbuluna başlanılıb

20 Sentyabr 2017 16:35

“Caspian Energy Transport Forum” forumu keçirilib

20 Sentyabr 2017 16:35

Bərzani İraq hökuməti qarşısında şərtlərini açıqladı - MÜSTƏQİLLİK TƏMİNATI

20 Sentyabr 2017 16:34

İranın itkin şahzadəsi bu ölkədə tapıldı

20 Sentyabr 2017 16:33

Faiq Ağayevdən Ədalət Şükürova ETİRAZ: “O, özü üçün danışa bilər”

20 Sentyabr 2017 16:33

Dərini canlandırmaq üçün

20 Sentyabr 2017 16:27

Kəmaləddin Heydərov Pakistanın Hərbi Hava Qüvvələri komandanı ilə görüşdü

20 Sentyabr 2017 16:24

Məşhur komandanın məşq meydanında bomba tapıldı

20 Sentyabr 2017 16:23

Qvradiyaçılar Kataloniyada 10 milyon səsvermə bülleteni müsadirə edib

20 Sentyabr 2017 16:22

Şagirdini hamilə qoyan müəllim azadlığa buraxıldı

20 Sentyabr 2017 16:18

“Bank Standard”ın ləğv planı təsdiq olunub

20 Sentyabr 2017 16:12

Atası ilə toya gələn Kənanın dəhşətli ölümü

20 Sentyabr 2017 16:12

Meksika zəlzələsini xəbər verən alimdən növbəti QORXUNC PROQNOZ

20 Sentyabr 2017 16:08

Aİ-nin Siyasət və Təhlükəsizlik üzrə Komitəsinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

20 Sentyabr 2017 16:07

Azərbaycan Mərkəzi Bankı 100 mln. manatlıq not yerləşdirib

20 Sentyabr 2017 16:07

Futbolçunun xanımı biabırçı geyimi ilə gündəmdə - FOTOLAR

20 Sentyabr 2017 16:07

“Accessbank” “myCard” sahiblərinə güzəştlər vəd edir

20 Sentyabr 2017 16:02

Müğənni Lalə Məmmədova həmkarlarını sülhə çağırıb

20 Sentyabr 2017 16:00

Mikail Cabbarov Nazim İbrahimovun yerini tutdu

20 Sentyabr 2017 15:57

584 sosial evin mülkiyyət hüququ təmin edilib

20 Sentyabr 2017 15:54

Mikayıl Cabbarova vəzifə verildi

20 Sentyabr 2017 15:53

Təcili: İŞİD-dən xilas edilən azərbaycanlı uşaqların yaxınları axtarılır - VİDEO

20 Sentyabr 2017 15:53

Müdafiə naziri səfərbərlik və ehtiyat üçün yaradılmış birlik və birləşmələri yoxlayıb

20 Sentyabr 2017 15:52

Teymur Rzayev Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki seçilib

20 Sentyabr 2017 15:52

Dini konfessiyaların liderləri Brüsselə səfər edəcək

20 Sentyabr 2017 15:47

Azərbaycanda 11 bağlanmış bankın qorunan əmanətçilərinə 747,93 mln. manat kompensasiya ödənilib

20 Sentyabr 2017 15:47

Lənkəranda 6 otaqlı evdə yandı: Xəsayət alan var

20 Sentyabr 2017 15:45

SOCAR hasil olunan xam neft və qazın maya dəyərini açıqlaydı

20 Sentyabr 2017 15:44

Ermənistandan Türkiyəyə təhdid

20 Sentyabr 2017 15:43

Mikayıl Cabbarov: "Bütün mövzular federasiya çərçivəsində müzakirə olunmalıdır"

20 Sentyabr 2017 15:42

Azərbaycanda ilk güzəştli mənzillərin mülkiyyət hüququ qabaqcadan qeydiyyata alınıb

20 Sentyabr 2017 15:42

Sürücülər NARAZIDIR!

20 Sentyabr 2017 15:40

Süd vəzi xərçəngindən özünüzü belə qoruyun - VİDEO

20 Sentyabr 2017 15:38

Güneldən SƏRT İFADƏLƏR: “Zibil iyi gəlir”

20 Sentyabr 2017 15:38

Mikayıl Cabbarov Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti seçilib

20 Sentyabr 2017 15:37

Bəkir Bozdağ: "Türkiyə Dağlıq Qarabağ münaqişəsi həllini tapanadək Azərbaycanla birlikdə mübarizəsini davam etdirəcək"

20 Sentyabr 2017 15:37

Təzə lobya turşusunun hazırlanması

20 Sentyabr 2017 15:36

İlin sonunadək daha 3 “HTC” smartfonu buraxılacaq

20 Sentyabr 2017 15:35

General qızı məşhur şairin sonuna NECƏ ÇIXDI? - Eşq oyunları və... - FOTO

20 Sentyabr 2017 15:33

Məhəmməd adı Britaniyada yeni doğulan körpələrə qoyulan populyar adlar siyahısında ilk onluqdadır

20 Sentyabr 2017 15:32

"Adam tanıyıram, “Red Bull” içib, amma qanadlanmayıb" - Ağacan Abıyev

20 Sentyabr 2017 15:29

Milli Şuranın mitinq istəyinə RƏSMİ CAVAB

20 Sentyabr 2017 15:23