Şəmkirdə baş verən ağır yol qəzasında 3 nəfər ölüb, 4-ü yaralanıb

Şəmkirdə baş verən ağır yol qəzasında 3 nəfər ölüb, 4-ü yaralanıb
22:17 31 Oktyabr 2016
218 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ Şəmkir. 31 oktyabr. REPORT.AZ/ Şəmkirdə baş vermiş ağır yol qəzasında ölənlərin sayı 3 nəfərə çatıb, 4 nəfər yaralanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, qəza "90-DC-183" dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobil ilə dövlət nömrə nişanı "57-BZ-077" olan "Mercedes" markalı maşının toqquşması nəticəsində baş verib.
Nəticədə "VAZ"da olan 2 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanada ölüb, daha 4 nəfərin isə vəziyyəti ağırdır. Xəstəxanada ölən şəxs 1985-ci il təvəllüdlü Əhmədov Vüsal Ramiz oğludur.
***
Bu gün axşam saatlarında Gəncə-Şəmkir yolunda ağır nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ 2106" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Yaralılar – 1987-ci il təvəllüdlü Namazov Rəşad, 1987-ci il təvəllüdlü Zeynalov Nihat Elbrus oğlu, 1989-cu il təvəllüdlü Mahmudov Pərviz Fidail oğlu və 1992-ci il təvəllüdlü Qafarov Ricad Məşədi oğlu Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilərək əməliyyat olunublar.
Hazırda qəzanın səbəbləri və ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/gencede-agir-yol-qezasi-bas-verib-2-nefer-olub-5-i-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR