Gəncə-Şəmkir yolundа iki avtomobil toqquşub, ölən və yaralananlar var

Gəncə-Şəmkir yolundа iki avtomobil toqquşub, ölən və yaralananlar var
22:33 31 Oktyabr 2016
152 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncənin qərb çıxacağında ağır yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi xəbərə görə, ilkin məlumata əsasən, “VAZ 2106” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə ağır bədən xəsarətləri alıb.

Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/174230.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR