"Dörd pişiyim var, ona görə ərə getmirəm" - azərbaycanlı aktrisa

"Dörd pişiyim var, ona görə ərə getmirəm" - azərbaycanlı aktrisa
22:56 31 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Aktrisa Nəsrin Cavadzadə 53-cü Beynəlxalq Antalya Festivalında geyindiyi xüsusi libas haqda danışıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Azərbaycan əsilli aktrisa keçən il bu festivalda beynəlxalq mükafatların münsiflər heyətində olduğunu açıqlayıb:

"10 ildir bu festivala qatılıram. Bu il nə münsif idim, nə də filmim var idi, namizəd deyildim. Tamamilə utanmazlıqdan əlimi qolumu sallayıb gəldim".

35 yaşlı aktrisa qırmızı xalçada möhtəşəm olmağın vacibliyindən söz açıb:

"Dünyadakı bütün ulduzlar o günə hazırlaşır. Dizaynerlər ulduzları geyindirmək üçün yarışırlar. Bir tək bizdə belə olmur. Ancaq saç və makiyajımı özüm edirəm".

Nəsrin onun haqqında "diva" deyilməsinə gülümsəyərək cavab verib:

"Divalığımın ləzzətini çıxarıram. Evlilik düşünmürəm, çünki mənim kimi divaları xoşbəxt etmək çətindir. Diva olduğum üçün razı salınılması çətin adamam. Dörd pişiyim olduğu üçün ərə getmirəm. Evdə yer yoxdur".

Sosial mediada cəsur pozları ilə gündəmə gələn Cavadzadə "10 ildir aktrisalıq edirə. Mükafatlarım çoxdur, 10 filmim var. Bir ildir İnstaqram işləridəm, insanlar məni artıq internet fenomeni kimi tanıyır".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR