ABŞ vitse-prezidentin avtomobil korteji qəzaya düşdü

ABŞ  vitse-prezidentin avtomobil korteji qəzaya düşdü
00:39 1 Noyabr 2016
49 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın vitse-prezidenti Co Baydenin  avtomobil karvanı qəzaya düşüb.

 

APA-nın xəbərinə görə, bu barədə “ABC News” telekanalı məlumat verib.

 

İnsident yerli vaxtla saat 08:30-da Uilminqton şəhərində (Delaver ştatı) qeydə alınıb.

 

Kortejdə olan nəqliyyat vasitələrindən biri idarəetməni itirərək 3 avtomobilə çırpılıb.

 

Hadisə nəticəsində 1 nəfər xəsarət alıb. Onun xəstəxanaya yerləşdirildiyi və həyatına təhlükə olmadığı bildirilir.  Qəza zamanı vitse-prezident Co Baydenə zərər dəyməyib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258203

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR