İki gün əvvəl Qusar sakinini bıçaqlayan şəxs saxlanılıb

İki gün əvvəl Qusar sakinini bıçaqlayan şəxs saxlanılıb
01:37 1 Noyabr 2016
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Qusar. 1 noyabr. REPORT.AZ/ Oktyabrın 30-da Qusar sakini Mirzəcanov Ramiz Nadir oğlunu bıçaqlayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
"Report"un Şimal bürosu xəbər verir ki, bu, zərərçəkən şəxsin qonşusu Fərzəliyev Vüsal Saleh oğludur.
Cinayəti törədən şəxs artıq istintaqa cəlb edilib və barəsində cinayət işi açılıb. Araşdırmalar davam edir.
Qusar şəhərinin Rəsulbəyov küçəsində yaşayan 1980-ci il təvəllüdlü Ramiz Mirzəcanov iki gün əvvəl axşam saatlarında sol tərəfinin kəsilmiş, deyilmiş yaraları ilə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR