Azərbaycanlı aktrisa ailə qurmamasının səbəbini açıqladı: Dörd pişiyim var

Azərbaycanlı aktrisa ailə qurmamasının səbəbini açıqladı: Dörd pişiyim var
01:43 1 Noyabr 2016
144 Şou
Ölkə mətbuatı
A- A+

Aktrisa Nəsrin Cavadzadə 53-cü Beynəlxalq Antalya Festivalında geyindiyi xüsusi libas haqda danışıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Azərbaycan əsilli aktrisa keçən il bu festivalda beynəlxalq mükafatların münsiflər heyətində olduğunu açıqlayıb:

"10 ildir bu festivala qatılıram. Bu il nə münsif idim, nə də filmim var idi, namizəd deyildim. Tamamilə utanmazlıqdan əlimi qolumu sallayıb gəldim".

35 yaşlı aktrisa qırmızı xalçada möhtəşəm olmağın vacibliyindən söz açıb:

"Dünyadakı bütün ulduzlar o günə hazırlaşır. Dizaynerlər ulduzları geyindirmək üçün yarışırlar. Bir tək bizdə belə olmur. Ancaq saç və makiyajımı özüm edirəm".

Nəsrin onun haqqında "diva" deyilməsinə gülümsəyərək cavab verib:

"Divalığımın ləzzətini çıxarıram. Evlilik düşünmürəm, çünki mənim kimi divaları xoşbəxt etmək çətindir. Diva olduğum üçün razı salınılması çətin adamam. Dörd pişiyim olduğu üçün ərə getmirəm. Evdə yer yoxdur".

Sosial mediada cəsur pozları ilə gündəmə gələn Cavadzadə "10 ildir aktrisalıq edir. Mükafatlarım çoxdur, 10 filmim var. Bir ildir İnstaqram işləridəm, insanlar məni artıq internet fenomeni kimi tanıyır".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/174242.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR