Alış-veriş barmaq izi ilə olacaq

Alış-veriş barmaq izi ilə olacaq
07:12 1 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

ABŞ-da istifadəsi gələn ilin əvvəlinə planlaşdırılan sistemin köməyilə istifadəçilər barmaq izi vasitəsilə autentifikasiyanın köməyilə alış-veriş və xidmətlərin haqqını ödəmək imkanı əldə edəcəklər. Kanadanın "BMO Financial Group" bankı "MasterCard" şirkətinin sözügedən texnologiyasından istifadəyə dair razılaşıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ekspertlərin fikrincə, belə autentifikasiya zamanı təhlükəsizlik səviyyəsi loqin və parolun daxil edilməsini tələb edən sistemlərdən dəfələrlə yüksək olacaq. Maliyyə əməliyyatlarının həyata keçirilməsi üçün istifadəçilərə xüsusi terminallardan istifadə etmək təklif ediləcək, ilk öncə isə bankın hər hansı şöbəsində barmaq izini təqdim etmək lazımdır.

Həmçinin xüsusi tətbiq və barmaq izinin keyfiyyətli şəklinin köməyilə autentifikasiya mümkün olacaq.
"Identity Check Mobile" adlı sistem artıq Avropanın bir sıra ölkələrində əlçatandır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/484884.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR