Həyat yoldaşının libası olmaq nə deməkdir?

Həyat yoldaşının libası olmaq nə deməkdir?
08:52 1 Noyabr 2016
93 Ölkə
Ölkə mətbuatı
A- A+

"Onlar sizin üçün libasdırlar və siz onlar üçün libassınız". ("Bəqərə" 187).

Deyerler.org: Bəs libas olmaq üçün nə edək? 
Bunun üçün həyat yoldaşımızın abır və həyasına hörmət etməliyik. Onun eybini və çatışmayan cəhətlərini başqalarının yanında deməməliyik. Ən kiçik eybini belə dilimizə gətirməyək. Əgər hansısa səhvi varsa, onu dostcasına, xəlvət qalan zaman söyləyək və ondan bu səhvini islah etməsini istəyək.
Təsəvvür edin ki, qohumlarınız sizə gəlib və həyat yoldaşınız da işdən yorğun halda evə gəlir. İş yerində müdiri ilə sözləşib və çox əsəbidir. O zaman ki, evdə qonağı görür, şübhəsiz ki, özündən asılı olmayaraq üzünü turşudar. Sonra da öz otağına gedər. Halbuki, qonaqlar ondan salam verməsini və hallarını soruşmasını gözləyərlər. Lakin həyat yoldaşınız onlara diqqət etmədən sadəcə bir quru salam verib, otağına gedər.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu zaman siz də əsəbi qiyafəsi alıb qonaqlara deyə bilərsiniz ki, baxın görün mən nə çəkirəm? Həmişə belədir və o, mənim qonaqlarıma qarşı həmişə belə rəftar edir. Sonra da bir qədər göz yaşı töküb və qonaqları yola salarsınız. Sonra isə böyük bir dava-dalaş başlayar.
İkinci budur ki, özünüzü o yerə qoymayın və əgər kimsə etraz etsə, ona deyin ki, yəqin ki, bir şeydən narahatdır və ona görə belə edir. Qonaqları yola saldıqdan sonra isə onunla sözləşərsiniz.
Lakin libas olmaq üçün bizim təklif etdiyimiz yol fərqlidir. Bir qədər gülümsəyin və qonaqlara deyin: "Mənim həyat yoldaşım o qədər təmizkardır ki, paltarını dəyişməmiş və əllərini yumamış heç kəsə salam belə vermir. Mən gedim görüm nəyə ehtiyacı vardır. Mən gələn qədər siz rahat olun".
Sonra həyat yoldaşınızın sevdiyi meyvə suyu ilə otağına gedin və xoş səslə deyin: "Əzizim, bilirəm ki, yorucu bir gün keçirtmisən, indi istəyirsənsə, istirahət et. Ancaq qonaqlarla yaxşı salamlaşmadın. Əslində istəmirəm ki, sənin haqqında pis fikirləşsinlər. Əlbəttə, mən dedim ki, sən paltarını dəyişməyə getmisən. Səndən xahiş edirəm ki, üzünə bir qədər su vurub, paltarını dəyişib, onlarla bir qədər əyləşib, hallarını soruşasan. Çalışacağam ki, qonaqları tez yola salım ki, sən istirahət edə biləsən".
Bəli, budur libas. Yəni, həyat yoldaşının eybini gizlətdi və həm də ona eybini gözəl şəkildə başa saldı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/484874.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR