Tailandın yeni kralının taxta çıxacağı gün açıqlanıb

Tailandın yeni kralının taxta çıxacağı gün açıqlanıb
09:05 1 Noyabr 2016
44 Dünya
Ölkə mətbuatı
A- A+

Tailandın yeni kralı, 63 yaşlı Maha Vaçiralonqkorn dekabr ayının 1-də taxta çıxacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Tailand hökumətindəki mənbə bildirib.
 
Məlumata əsasən, hazırda şəxsi işləri ilə əlaqədar Almaniyada olan M. Vaçiralonqkorn noyabrda vətənə dönəcək.
 
Onun atası Tailand kralı Bhumibol Adulyadej oktyabrın 13-də 89 yaşında vəfat edib. B. Adulyadej 1946-cı ildən taxt-tacın sahibi olub.
 
Qeyd edək ki, "Forbes" jurnalının versiyasına görə B. Adulyadej 2008-ci ildə 35 milyardlıq varidatla dünyanın ən varlı monarxlarının siyahısına başçılıq edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/485067.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR