ABŞ rəsmisi: "Hərbi sahədə Azərbaycanla uğurlu və uzunmüddətli əməkdaşlığımız var"

ABŞ rəsmisi: "Hərbi sahədə Azərbaycanla uğurlu və uzunmüddətli əməkdaşlığımız var"
09:12 1 Noyabr 2016
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ "ABŞ-ın hərbi sahədə Azərbaycanla uğurlu və uzunmüddətli əməkdaşlığı var. Düşünürəm ki, bu, gələcəkdə də davam edəcək".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Maykl Karpenter deyib.
M.Karpenter Bakıda keçirdiyi görüşlər barəsində də danışıb: "Dünən müdafiə naziri, baş nazirin müavini və Dövlət Sərhəd Xidmətinin rəhbəri ilə görüş keçirdik. Bizim Azərbaycanla çox uğurlu, xüsusən də kibertəhlükəsizlik sahəsində tarixi əməkdaşlığımız var".

Xəbərin orijinal ünvanı: http://report.az/herbi/abs-resmisi-herbi-sahede-azerbaycanla-ugurlu-ve-uzunmuddetli-emekdasligimiz-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR