Silivri Kavaklı Sənaye parkı ərazisində bir fabrikdə başlayan yanğın 15 min kvadratmetr ərazidə nə varsa kül edib.
Milli.Az Milliyet-ə istinadən bildirir ki, yanğın gecə saatlarında baş verib. Qısa müddətdə böyüyən yanğın iki hissədən ibarət olan deponu bürüyüb.
Hadisə yerinə gələn 100 yanğınsöndürən maşın qısa müddətdə yanğına müdaxilə edə bilib.
Yanğın böyük maddi ziyan vurub. Hal-hazırda da yanğının tam söndürülməsi işləri davam etdirilir.
Təhməz Təkin
Milli.Az