Qarabağda savaş qorxusu onları dilənçi etdi

Qarabağda savaş qorxusu onları dilənçi etdi
09:22 1 Noyabr 2016
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistanda təbii qaz tariflərinin aşağı salınması ölkə prezidenti Serj Sarkisyan, baş naziri Karen Karapetyan və hökumət üçün ciddi başağrısına çevrilib.

Ölkədəki nüfuzlu iqtisadçılar və analitiklər, habelə media israrla vurğulayır ki, dünya bazarlarında təbii qaz fasiləsiz ucuzlaşır, Ermənistanda isə əhalinin "mavi yanacaq" üçün ödədiyi məbləğ qonşu dövlətlərlə yanaşı, İrəvanın üzv olduğu Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqı ölkələri ilə müqayisədə də bahadır.

Rusiyanın "Qazprom" şirkətinin Ermənistanda satdığı qazın qiyməti Ukraynadakı tariflərlə uyğunlaşdırıla bilər: di gəl, rəsmi Kiyev təbii qaz üçün "Qazprom"a pul ödəməkdən boyun qaçırıb.

Rusiyanın özünə gəldikdə isə, bu ölkədə vətəndaşlar və fərdi təsərrüfatlar, yəni ailələr üçün təbii qazın hər 1000 kubmetri 50 dollardan satılırsa, Ermənistanda qiymət 300 dollara bərabərdir.

Ermənistanda təbii qazın paylaşdırılması və satışı "Qazprom Armeniya" şirkətinin inhisarındadır. Bu şirkətsə adından göründüyü kimi, Rusiyanın "Qazprom"una məxsusdur.

Ermənistan prezidenti Serj Sarkisyan əhalinin kəskin narazılığını, daha doğrusu, paslı rus bıçağının erməni sümüyünə dirəndiyini nəzərə alaraq bu ilin sonunadək "sosial tənzimlənməni nəzərə alan tarif planı"nın reallaşdırılacağını vəd edib. Yəni Sarkisyan əhaliyə verilən təbii qaz və elektroenerjinin vətəndaşların maddi durumuna, gəlir səviyyəsinə uyğun hesablanacağını söyləyir.

Fəqət, Sarkisyan vədinə əməl edəcəkmi?!"

Çətin.

Ən azı, ona görə ki, Ermənistanın da üzv olduğu Avrasiya İqtisadi Birliyi ölkələri 2019-cu ilədək vahid enerji bazarı yaratmalı, təbii qaz və elektroenerji tariflərini razılaşdırmalıdır. "Qazprom"unsa ermənilərə güzəşt edərək qiymətləri ucuzlaşdıracağı İrəvanın xam xəyallarından biri sayıla bilər.

Ermənilər "Qazprom"un idarə heyətinin sədri Aleksey Millerin İrəvana səfərinə böyük ümidlər bəsləyirdilər. Onlar Millerin səfərindən sonra Rusiyanın Ermənistana satdığı təbii qazın ucuzlaşacağını gözləyirdilər.

A. Miller İrəvana yollandı, prezident Serj Sarkisyanla görüşərək danışıqlar və sabiq işçisi, indisə Ermənistanın baş naziri Karen Karapetyanla bağlı qapılar arxasında danışıqlar apardı, sonda da "Qazprom Armeniya" şirkətinin baş direktoru postuna Qrant Tadevosyanı təyin etdi.

Qiymətlərin azaldılması ilə bağlı heç nə deyilmədi və əslində, belə bəyanatın səslənəcəyini düşünənlər yanılırdılar.

Təbii qaza görə Ermənistanın "Qazprom"a olan borcu artıq 300 milyon dollara çatıb. Bu nəhəng məbləğ 2011-ci ildən bəri ermənilərin ödəmədikləri pullardırsa, İrəvan nəyə əsasən düşünürdü ki, beşillik borc yaxın müddətdə silinəcək və ya Moskva tərəfindən bağışlanacaq?! Bilinmir.

İrəvan rəsmilərinin dediklərinə görə, hökumət qazın tariflərinin aşağı salınması üçün gərəkli maliyyə mənbələrini hələ də tapmayıb. Yeganə çıxış yolu "Qazprom"un qiymətləri ucuzlaşdırması və Ermənistanda böyük zərərlə işləməyə başlamasıdır.

S.Sarkisyanla A.Miller arasındakı danışıqların təfərrüatları açıqlanmasa da, Ermənistaan prezidentinin "Qazprom" rəhbərinə minnətçi düşməsi aydındır. İrəvandakı hakimiyyət qarşıdan gələn parlament seçkiləri ilə bağlı mürəkkəb vəziyyətdə durumunu daha da ağırlaşdırmaq istəmir və bir qədər nəfəs dərməyə çalışır.

Sarkisyanın səsləndirdiyi yeganə variant bu ola bilər, çünki Qərbin tətbiq etdiyi sanksiyalar ucbatından özü valyutaya kəskin ehtiyac duyan Rusiyaya yoxsul, səfil Ermənistan başqa nə təklif edə bilər ki?!

Ermənistanın "Qazprom"a olan 300 milyon dollarlıq borcunun silinməsi də çıxış yolu deyil. İrəvan son 5 ildə bu qədər borclanıbsa və cari xərcləri belə, ödəmək iqtidarında deyilsə, nəhəng məbləğin silinməsi mövcud problemləri həll etməyəcək.

Lakin hər şeyə rəğmən A.Millerin İrəvanda apardığı danışıqların Rusiya üçün nəticəsiz qalacağını da düşünmürük. "Qazprom" Ermənistana və Ermənistanda satdığı təbii qazın qiymətini də aşağı salar, hətta 300 milyon dollarlıq borcu da bağışlayar.

Amma təmənnasız yox: Rusiya bu jestlərin müqabilində Ermənistandan nələri tələb edəcək, hansı şərtlər irəli sürəcək - az sonra bilinəcək.

Aydın olan budur ki, qazın ucuzlaşdırılması və yeni kütləvi etiraz aksiyalarına yol verilməməsi üçün S.Sarkisyan iqtidarı Rusiyanın istənilən tələbini, şərtini yerinə yetirməyə hazırdır.

Nədən ki, Ermənistan rəhbərliyi illərdir ki, yalnız öz maraqlarını güdərək, dövlətin və xalqın mənafelərini heçə sayaraq yaşayır.

Prezident Serj Sarkisyan iqtidarı üçün yeganə məsələ hakimiyyəti qorumaq və Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların başlayacağı təqdirdə darmadağından, tam məğlubiyyətdən qurtulmaq üçün Rusiyanın himayəsində qalmaqdır.

Görünən də budur ki, Dağlıq Qarabağ məsələsi Ermənistan üçün çox baha başa gəlir və belə davam edərsə, işğalçılıq siyasəti yürüdən dövləti içdən dağıtmağa, çökdürməyə nail olacaq.

Orxan Hun

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İş adamının arvadına BƏRAƏT tələbi

25 Sentyabr 2017 12:19

Şimşək çaxacaq, yağış yağacaq - Sabahın HAVASI

25 Sentyabr 2017 12:18

"Vaqif Səmədoğlunu yaxşı tanıyıram, o, şərəfin nə olduğunu bilmirdi" - İlqar Əlfioğlu

25 Sentyabr 2017 12:18

Sabah Azərbaycanda havanın temperaturu aşağı enəcək

25 Sentyabr 2017 12:17

Hökumətdən sərhəd-keçid məntəqəsi ilə bağlı

25 Sentyabr 2017 12:16

Yeni cəza növü tətbiq edilir - AZƏRBAYCANDA

25 Sentyabr 2017 12:14

Etibar Məmmədoğlu klip çəkdirdi

25 Sentyabr 2017 12:14

Ölkənin kriminal regionların TOP-10-luğu açıqlandı – SİYAHI

25 Sentyabr 2017 12:13

Referendum gərginliyi: Dollar bahalaşa bilər

25 Sentyabr 2017 12:10

Səyyar ASAN xidmət Şirvan və Xırdalanda

25 Sentyabr 2017 12:09

Bəxtiyar Vahabzadənin AİLƏSİNDƏ AĞIR İTKİ: qəflətən...

25 Sentyabr 2017 12:08

Azərbaycanın ali məktəblərində təhsil alan 2500-dən çox gənc bu il diplom ala bilməyib

25 Sentyabr 2017 12:07

AFFA 2 klubu I Diviziona buraxmayıb

25 Sentyabr 2017 12:07

Yasamal rayonunda "Daewoo" yanıb

25 Sentyabr 2017 12:05

5 saylı xəstəxananın baş həkimi vəfat etdi

25 Sentyabr 2017 11:59

Azərbaycanda yeni cəza növü tətbiq edilir

25 Sentyabr 2017 11:59

“Putin Krımın işğalı üzrə...” - İşğalın yeni detalları MƏLUM OLDU

25 Sentyabr 2017 11:58

Azərbaycanda qeyri-adi əməliyyat

25 Sentyabr 2017 11:55

Azərbaycan klubu almanlara təqdim edildi

25 Sentyabr 2017 11:54

Kürdəmir-Karrar dəmir yolunun təmirinə başlanılıb

25 Sentyabr 2017 11:47

Şamaxıda badam əkini təsərrüfatlarının yaradılması təklif edilir

25 Sentyabr 2017 11:47

Penalti vurma, 1 milyon avro al - Şok təklif

25 Sentyabr 2017 11:47

Kəmaləddin Heydərov Samuxda qəbul keçirəcək

25 Sentyabr 2017 11:44

Bakıda geyimlərdə erotik səhnələri kim yayır?

25 Sentyabr 2017 11:44

Neymarın maaşı Messi və Ronaldonu qısqandırdı

25 Sentyabr 2017 11:43

Bir ilə "ABAD"laşan Balakən

25 Sentyabr 2017 11:42

Daha bir dəmir yolu xətti əsaslı təmir olunur

25 Sentyabr 2017 11:41

Muğam Mərkəzində Beynəlxalq Musiqi Festivalı davam edir

25 Sentyabr 2017 11:39

"Apple" şirkəti "IPhone 8" səbəbindən 43 mlrd. dollar itirib

25 Sentyabr 2017 11:37

Arda Turan ayrılığı rəsmən açıqladı - FOTO

25 Sentyabr 2017 11:37

İlan öz sahibini belə öldürdü...

25 Sentyabr 2017 11:36

“iPhone 8” smartfonunun satışlarında azalma qeydə alınıb

25 Sentyabr 2017 11:35

İşdən çıxarılan Əməkdar artist işinə qayıtdı

25 Sentyabr 2017 11:33

6 yaşlı həmyerlimiz Rusiyada HAMINI HEYRƏTLƏNDİRDİ - VİDEO

25 Sentyabr 2017 11:33

İrəm Dərici sevənlərini üzdü...

25 Sentyabr 2017 11:29

Azərbaycanda 3 aylıq körpə üzərində nadir əməliyyat keçirilib

25 Sentyabr 2017 11:27

Azərbaycanda dələduzluqla bağlı cəza sərtləşdirilir, bəzi əməllərə görə yüngülləşdirilir

25 Sentyabr 2017 11:27

Azərbaycanlı vunderkind Rusiya telekanalında populyar verilişin qonağı olub

25 Sentyabr 2017 11:27

“Rabitə işi” bir daha məhkəmədə araşdırılacaq

25 Sentyabr 2017 11:24

İsrail Beynəlxalq Məhkəməyə verilir

25 Sentyabr 2017 11:23

Maşallah Əhmədov Əfv Komissiyasına müracət edib

25 Sentyabr 2017 11:22

Bakıda transseksuallara qarşı niyə əməliyyat keçirilir? - NAZİRLİK SƏBƏBİ AÇIQLADI

25 Sentyabr 2017 11:19

Banklar kredit vermir

25 Sentyabr 2017 11:19

Tarixdə AŞURA GÜNÜ baş verən MARAQLI HADİSƏLƏR

25 Sentyabr 2017 11:18

“Kapital Bank” “Ən Güvənli Bank” adına layiq görülüb

25 Sentyabr 2017 11:17

Elza “Xalq şairi”ndən DANIŞIB SƏRT SÖZLƏR İŞLƏTDİ: "Çaqqal-çuqqallar..."

25 Sentyabr 2017 11:13

Avropa çempionatı: Azərbaycanın voleybol yığması Almaniya ilə qarşılaşacaq

25 Sentyabr 2017 11:12

Beynəlxalq Turizm günü ilə əlaqədar “Turizm həftə”sinə start verilir

25 Sentyabr 2017 11:12

Qətər Azərbaycandan süd və ət idxalına başlayıb

25 Sentyabr 2017 11:12

"Facebook" satışa çıxarlıdı

25 Sentyabr 2017 11:12