Azərbaycan Türkiyəyə qaz ixracını artırdı

Azərbaycan Türkiyəyə qaz ixracını artırdı
09:27 1 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycan yanvar-avqust aylarında Türkiyəyə 4,33 milyard kubmetr qaz ixrac edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Türkiyənin Enerji bazarlarının tənzimlənməsi üzrə İdarəsinin (EPDK) saytında yerləşdirilmiş hesabata əsasən, ötən ilin müvafiq dövründə bu rəqəm 3,95 milyard kubmetr təşkil edib.

Hesabatda deyilir ki, bu il Azərbaycan qazı Türkiyənin idxal etdiyi mavi yanacağın 14,4 faizini təşkil edib.

Türkiyə Azərbaycandan qazı Cənubi Qafqaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum) vasitəsilə idxal edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/485069.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR