Bakıda keçmiş məhkum güllələnib

Bakıda keçmiş məhkum güllələnib
09:32 1 Noyabr 2016
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ Bakıda silahlı insident olub.
"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu, İkinci Zabrat qəsəbəsi ərazisində baş verib.
Belə ki, 1991-ci il təvəllüdlü Abdulov Vasif Yunis oğlu küçədə odlu silahdan açılan atəş nəticəsində ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.
Faktla bağlı araşdırmalara başlanılıb. Odlu silahdan atəş açaraq cinayət əməli törədən şəxsin axtarışına başlanılıb.
V.Abdulov əvvəllər Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə həbs həyatı yaşayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR