Putin və Türkmənistan prezidenti ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər

Putin və Türkmənistan prezidenti ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər
09:42 1 Noyabr 2016
36 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Rusiya prezidenti Vladimir Putin Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, noyabrın 1-i Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gələcək.

Gözlənilir ki, danışıqlar zamanı ikitərəfli əməkdaşlığın əsas mövzuları yüksək səviyyədə müzakirə olunacaq. Aktual regional məsələlərə dair də fikir mübadiləsi aparmaq nəzərdə tutulur.

Türkmənistan prezidenti sonuncu dəfə 2011-ci ilin dekabrında Rusiya rəhbərliyi ilə danışıqlar aparmaq üçün Rusiyaya səfər edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR