Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 651 mln. manat kompensasiya ödənilib

Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 651 mln. manat kompensasiya ödənilib
09:52 1 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.
Fonddan "Report"a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 650,979 mln. manat ödənilib.
Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 41,747 mln. manat, “Zaminbank” ASC - 51,048 mln. manat, “Kredobank” ASC - 26,136 mln. manat, “Dekabank” ASC - 2,887 mln. manat, “Atrabank” ASC - 14,17 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,88 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,117 mln. manat, “Gəncəbank” ASC - 969 min manat, “Texnikabank” ASC - 120 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 368,161 mln. manat kompensasiya alıblar. 

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycanda-baglanmis-10-bankin-emanetcilerine-651-mln-manat-kompensasiya-odenilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR