O çörəyi yesəydik, sərxoş olub zəhərlənəcəkdik

O çörəyi yesəydik, sərxoş olub zəhərlənəcəkdik
10:22 1 Noyabr 2016
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın Stavropol diyarında Azərbaycana göndərilməsi planlaşdırılan 350 ton zəhərli buğda saxlanılıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, buğda keyfiyyətinin qiymətləndirilməsi mərkəzinin mütəxəssisləri fuzarioza yoluxmuş 5 vaqon buğda aşkar ediblər.

"Gömrük İttifaqının texniki reqlamenti üzrə norma 1%-dən az olsa da, buğda partiyasında zərərli qarışıqların payı 1,5-dən 3,5 faizə qədər olub", - məlumatda bildirilir.

Bu səbəbdən buğda yükünə keyfiyyət sertifikatı verilməyib. Ümumi çəkisi 350 ton olan məhsul Azərbaycana göndəriləcəkdi.

Fuzarioz buğda - fuzarium növünə aid göbələklə zəhərlənmiş buğdadır. Bu cür buğdadan alınan un qida üçün yararsızdır. Fuzarioz buğdadan alınan "sərxoş çörək" sərxoşluğa bənzər əlamətlərlə üzə çıxan zəhərlənməyə (fuzariotoksikoz) səbəb olur. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/485109.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR