İş adamını şantaj edənlər tutuldular - Qadınlar da var

İş adamını şantaj edənlər tutuldular - Qadınlar da var
10:27 1 Noyabr 2016
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda fəaliyyət göstərən iş adamı Mustafa Tayata qarşı soyğunçuluq edən şəxslər polis tərəfindən saxlanılıblar.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl M. Tayat Türkiyədə girov götürülüb. İddiaya görə, maskalı şəxslər iş adamını şantaj edərək qeyri-etik fotolarını yayacaqlarını deyib və ondan 3 milyon türk lirəsi tələb ediblər. Buna nail olmadıqda isə iş adamının 10 min TL-sini alaraq qaçıblar.

Xəbərə görə, M. Tayat polisə ifadəsində bildirib ki, onu keçmiş işçisi olan Lətifə T. adlı qadın görüşə çağırıb. Tayat "Lətifə Sabrina adlı özbəkistanlı qadının mənimlə görüşmək, iş qurmaq istədiyini bildirdi. Mən görüşdükdən qısa müddət sonra 3 silahlı və maskalı adam içəri girərək bizi əsir aldı", - deyib.

Şübhəlilər pulu aldıqdan sonra iş adamı və 2 qadını sərbəst buraxıblar. Lakin bir gün sonra Mustafa Tayatdan yenidən pul istəyib və 10 min dollar verməsə, qeyri-etik görüntülərini internetdə yaymaqla təhdid ediblər.

Bundan sonra iş adamı polislə işbirliyi edərək şübhəlilərə pulu gətirəcəyini deyib və görüş təyin edib. Polislər görüşə gələn şübhəlilərdən Şahin Kamal Y.-ni və onun cinayət ortağı olduğu iddia edilən dağıstanlı Türel B.-ni saxlayıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/485104.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR