Azərbaycanın aparıcı banklarından birinin rəhbərliyində dəyişiklik olacaq

Azərbaycanın aparıcı banklarından birinin rəhbərliyində dəyişiklik olacaq
10:37 1 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ Dekabrın 20-də "Kapital Bank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Bu barədə "Report"a Bankdan bildirilib.
Məlumata görə, yığıncaq "Kapital Bank"ın Bakı şəhəri, Füzuli küçəsi,71 ünvanında yerləşən baş ofisində baş tutacaq. Səhmdarlar Bankın Müşahidə Şurasının tərkibinə dəyişiklik edəcəklər.
Xatırladaq ki, "Kapital Bank" 2004-cü ildə, Birləşmiş Universal Səhmdar Bankının ("BUSBank") bazasında yaradılıb. "PAŞA Holdinq" MMC-yə daxil olan Bankın nizamnamə kapitalı 185,85 mln. manatdır. Səhmlərin 99,87%-i adı çəkilən holdinqə, 0,13%-i isə təxminən 175 fiziki şəxsə məxsusdur.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycanin-aparici-banklarindan-birinin-rehberliyinde-deyisiklik-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR