Başına 1 milyon qoyulan terrorçu öldürüldü

Başına 1 milyon qoyulan terrorçu öldürüldü
11:13 1 Noyabr 2016
64 Dünya
Ölkə mətbuatı
A- A+

PKK terror təşkilatının Suriya qolu olan PYD-nin hərbi qanadı YPG müxtəlif tarixlərdə Suriyanın müxtəlif bölgələrində öldürülən üzvlərinin adlarını açıqlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, kəşfiyyat qurumları siyahıdakı terrorçularla bağlı araşdırma aparıb.

Araşdırma siyahıdakı Vahdettin Uyanık ve Şerifa Naşanın PKK üzvü olduğunu ortaya çıxarıb. Türkiyə hökuməti onların başları üçün 300 min lirə (təxminən 96 min lirə) mükafat təyin etmişdi.

Türkiyənin Hakkari vilayətinin Dağlıca mahalında iki həftə əvvəl öldürülən 9 PKK terrorçulardan biri isə başına 1 milyon lirə (təxminən 320 min dollar) pul mükafatı qoyulan “Çekdar Zinar” kod adlı Əhməd İpək (28) olub.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/174278.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR