“Cırtdanlar”ın oyunu azərbaycanlı hakimlərə tapşırıldı

“Cırtdanlar”ın oyunu azərbaycanlı hakimlərə tapşırıldı
11:23 1 Noyabr 2016
59 İdman
Ölkə mətbuatı
A- A+

2018-ci dünya çempionatının seçmə qrup mərhələsinin Kipr - Cəbəllütariq oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək.

Publika.az xəbər verir ki, baş hakim Əliyar Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov yan xətt hakimləri qismində kömək edəcək. Oyunun dördüncü hakimi Orxan Məmmədov olacaq. Azərbaycanlı hakimlərin işinə maltalı hakim-inspektor qiymət verəcək.

Hakimlər noyabrın 12-də Kiprə yola düşəcək.

Ə.Ağayev DÇ-in seçmə qrup mərhələsinə təyinat alan 3-cü azərbaycanlı hakimdir. Müstəqillikdən bu yana Xaqani Məmmədov seçmə qrup mərhələsinin 3, Anar Salmanov isə 1 oyununa təyinat alıb.

Qeyd edək ki, noyabrın 13-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/174281.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR