Millimizin rəqibi üçün yeni məşqçi

Millimizin rəqibi üçün yeni məşqçi
12:27 1 Noyabr 2016
44 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Almaniya yığmasının məşqçilər korpusunda dəyişiklik olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Bundestimin rəhbərliyində yeni sima peyda olub.

Bu, yığmanın sabiq futbolçusu Miroslav Klozedir. Baş məşqçi Yoahim Lövün Almaniya Futbol İttifaqı ilə müqaviləni uzatmasından sonra 38 yaşlı veteranın da komandada çalışacağı üzə çıxıb.
 
Lakin bu ilin yayından klubsuz qalan Kloze ilə müqavilə imzalanmayıb. Buna səbəb onun məşqçi lisenziyasının olmamasıdır. O, lisenziyanı alanadək təcrübəçi kimi millinin düşərgəsində yer alacaq.
 
Klozenin hələlik 4 matçlıq yığmada olacağı dəqiqləşib. O, bu ayın 11-də San-Marino ilə seçmə, 15-də İtaliya ilə yoxlama matçlarında, həmçinin gələn il martın 22-də İngiltərə ilə yoldaşlıq, 26-da millimizlə Bakıdakı matçlarda Lövün komandasında yer alacaq.
 
Qeyd edək ki, 2001-2014-cü illərdə Almaniya millisində 137 matça 71 qol vuran Kloze 16 topla DÇ-lərin ən məhsuldar oyunçusudur. DÇ-2014-ün qalibi olan futbolçunun son klubu "Latsio" olub. Mundiallarda 4 medal qazanan yeganə oyunçu kimi də tarixə düşən almaniyalı Bundestim tarixində ən çox qol vurub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/485135.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR