Kraliça şokda: şahzadə boşanmış aktrisaya vurulub - FOTO

Kraliça şokda: şahzadə boşanmış aktrisaya vurulub - FOTO
12:27 1 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Britaniya kraliçası 2-ci Yelizavetanın nəvəsi, şahzadə Harri kanadalı aktrisa Meqan Markla vurulub. 35 yaşlı Markl "Suits" teleserialındakı "Reyçel" rolundan və həmin lentdəki erotik səhnələrdə "parlaması"ndan sonra məşhurlaşıb.

Milli.Az Evening Standard-a istinadən bildirir ki, 32 yaşlı şahzadə Harri bu eşqini sirr saxlamağa çalışsa da, nənəsi, kraliça 2-ci Yelizaveta münasibətlərdən xəbər tutub. Bukinhem Sarayındakı mənbələrin verdikləri məlumatlara görə, "kraliça şoka düşüb": "O, şahzadəni fikrindən daşındırmağa, bu münasibətlərə son qoymağa çağırıb".

Şahzadə Harri ilə aktrisa Meqan Markl Kanadanın Toronto şəhərində tanış olublar. Şahzadə həmin şəhərdə "Invictus Games"ə dəstək məqsədilə xeyriyyə səfərində idi. Daha sonra Markl Londona yollanıb və orada sevgililər bir neçə həftəni birlikdə keçiriblər.

Meqanla Harrinin ortaq dəyərlərindən biri Afrikada xeyriyyəçilikdir. Meqan Markl gender bərabərliyi məsələləri üzrə BMT-nin əməkdaşı və vəkil qismində 2014-cü ildə Afrikada çalışıb. Şahzadə Harri isə Afrikada fillərə qarşı brakonyer ovuna mübarizəyə verdiyi dəstəklə tanınır.

Meqan Markl bu yaxınlarda İnstagram-dakı profilində şahzadə Harrinin biləyindəki bilərziyin tam eynisi olan bilərziyin fotosunu paylaşıb.

Aktrisa əvvəllər nikahda olub. 2011-ci ildə o, kinoprodüser Trevor Engelsona ərə gedib: bu nikah iki il davam edib.

Milli.Az









































Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/485090.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR