Ənvər Paşanın nəvəsi vəfat etdi

Ənvər Paşanın nəvəsi vəfat etdi
12:28 1 Noyabr 2016
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakını xilas edən Qafqaz İslam Ordusunun rəhbəri Nuru Paşanın qardaşı Ənvər Paşanın nəvəsi Osman Mayatepek 66 yaşında vəfat edib.

Publika.az
xəbər verir ki, O. Mayatepek orqan çatışmazlığı xəstəliyindən müalicə olunurdu. O, dünən axşam Türkiyə vaxtı ilə saat 22:00-da Gülhanə xəstəxanasında vəfat edib.

O. Mayatepek 1950-ci ildə İsveçrənin Cenevrə şəhərində anadan olub. Ənvər Paşanın qızı Türkanın oğludur. Ana nənəsi Osmanlı sülaləsindən olan Naciye Sultandır. Atası 1930-cı illərdə Türkiyəni Meksikadakı səfiri olmuş Tahsin Mayatepekin oğlu Hüveyda Mayatepekdir. Osman Mayatepek Corctaun universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirib, uzun müddət diplomatiya sahəsində işləyib.
1983-cü ildən etibarən Ankarada və Antalyanın Alaniya əyalətində yaşayıb. 1998-ci ildən bəri Perunun və Braziliyanın fəxri konsulu olub.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/174297.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR